"Bakıda lüləkabab" videosuna aldanmayın

Sosial şəbəkələrdə Bakıdakı şadlıq saraylarının birində lüləkababın hazırlanmasını əks etdirən görüntülər olduğu video yayılır.
Milli.Az bildirir ki, vidoda ət maşınından mal, qoyun, toyuq əti, habelə donuz piyi və toyuq dırnaqları keçirilir.

"Şadlıq evlərində lüləkabab belə hazırlanırmış" adı ilə yayılan video Bakıdakı şadlıq saraylarından birində yox, İtaliyanın Bolonya şəhərində, "Trikatarna" şirkətinin kolbasa sexlərindən birində çəkilib. Videoda italyan dilində deyilən "Səni çəkirəm, diqqətli ol" kəlmələri də eşidilir.

Milli.Az

Длительность: 1:40 Просмотров: 4.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: lüləkabab
Пожаловаться

Похожие видео