Rəmişin arvadı: "Mənlə evli ola-ola evə qız gətirdi"-

938 Просмотров

Добавлено: 12.03.2016
Категории: Разное
Тэги: arvad , qız , veriliş

Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri "Bizimləsən" verilişində qonaq olan gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülüm xanım deyib: "Rəmiş mənlə ailəli ola-ola həyatına bir neçə qadınlar saldı. Hətta bir qadını evə də gətirdi. 4 ay da saxladı. Mənsə Rəmişi çox sevdiyimə görə bütün bunlara dözdüm. Bu, mənim üçün çox böyük əzab idi. O qadın bizim evdə olanda girib hamamda ağlayırdım, Rəmiş çağıran kimi gözümün yaşını silirdim. 4 ay içində üçümüz bir otaqda qaldıq. 4 aydan sonra isə Rəmiş o xanımı apardı". Rəmiş isə həyat yoldaşının sözlərinə bu cür reaksiya verib: "Düşmənim evimin içində imiş. Etiraf edirəm ki, kişiliyə uyğun nə pis vərdişlər olubsa, hamısını etmişəm. Amma 17 ildir ki, bütün pis vərdişləri tərgitmişəm. Pendiri dəri, arvadı əri saxlayar". Milli.Az