Əməkdar artistin arvadları danışdı: "Bir-birimizi başa düşməli idik"

Əməkdar artist Rəhman Rəhmanov şəxsi həyatından danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Bizimləsən" verilişində qonaq olan əməkdar artist bildirib ki, iki dəfə ailə qurub və hər iki xanımla münasibəti yaxşıdır: "Mən kişiyəm. Qadının öz yeri, kişinin öz yeri var. Qadın kişini eşitməlidir. Əgər eşitmirsə, deməli, o kişi qadına lazım deyil. Mən iki dəfə ailə qurmuşam. Hər iki xanımımla indi də münasibətim normaldır".

Daha sonra R.Rəhmanovun 1-ci xanımı (Ulduz) danışıb: "Biz bir-birimizi 17 yaşımızdan sevmişik. Yəqin, uşaqlıq sevgimiz olub. Sakit ayrılmışam. Demək olmaz ki, Rəhman bəydən ayrılandan sonra hər şey bitdi. Yox, bizim övladlarımız var idi. Bir-birimizi başa düşməli idik. Burada söhbət kişini bölüşməkdən getmir. Arada övladlarımız var".

İkinci evliyi Gülü xanım da danışıb: "Əvvəldən bir-birimizi anlamışıq. Burada qeyri-adi nəsə yoxdur".

Milli.Az

Длительность: 5:02 Просмотров: 3.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео