Görünüşə aldanmayın - GMO məhsullarının fəsadları

İnsanların sağlam həyat tərzi sürməsi üçün sağlam qidalanması vacibdir. Bu zaman diqqət yetirilməsi vacib olan əsas amillərdən biri genetik modifikasiya olunmuş məhsullardan istifadədir, daha doğrusu, bu məhsullardan imtinadır. Bəs insanlar bu məqama əməl edirlərmi?

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, genetik modifikasiya olunmuş məhsulların satışının qadağan olunmasına baxmayaraq, insan orqanizmi üçün təhlükə saçan bu məhsullar bazarlarda açıq-aşkar satılır. Bu növ məhsullara həm tərəvəz, həm meyvə piştaxtalarında rast gəlinir. İnsan orqanizimi üçün tam faydalı olan təbii məhsullarla geni dəyişdirilmiş məhsullar arasında kəskin qiymət fərqi olmasa da, görünüşcə fərq böyükdür. Əksər müştərilər genetik modifikasiyalı məhsulları elə görünüşünə görə alırlar.

Zöhrə Abdullayeva - müştəri: "Əlbəttə, xaricdən gələn meyvələr çox gözəl olur. Qəşəng görsənir sürfədə...Yəni, qeyri-adi gözəllik var bunlarda. Hamısı bir boyda. Bu məhsullar görünüşünə görə süfrəyə, xüsusilə bayram süfrəsinə xüsusi yaraşıq verir".

Təbii məhsullara nisbətən dadsız, ətrsiz, saxlama müddəti isə qısa olan bu məhsulların tərkibində insan orqanizmi üçün vitaminlər də çox az olur. Həkimlər hətta toxumları dəyişikliyə məruz qalan bu məhsulların insan üçün mənfi fəsadlar törətdiyini bildirir.

Etibar Kərimov - terapevt: "Genetik məhsullardan istifadə edərkən görmə zəifliyir, sinir psixoloji amillərin pozulmasına, yaddaşın zəifləməsinə, iştahasızlıq, köpmə kimi problemlərə yol açır. O cümlədən, sümük boşluğu xəstəliyi də baş verir. Təbii meyvələrin toxumlarında E vitamini nəsil artırma qabiliyyətini gücləndirir. Ancaq geni dəyişmiş meyvələrdə belə vitamin yoxdur"

Əksər satıcılar müştərilərə məhsul alarkən sağlam və faydalı olan təbii məhsullara üstünlük verməyi məsləhət görürlər.

Asim Feyzullayev - satıcı: "Yerli məhsulların üstünlüyü ondadır ki, bu məhsullara dərman vurulmur. Bu məhsullar, əsasən, quruluşuna və tamına görə tanınır".

Milli.Az

Длительность: 1:52 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: GMO məhsul
Пожаловаться

Похожие видео