Muzeydə kənd həyatı - REPORTAJ

191 Просмотров

Добавлено: 12.03.2016
Категории: Разное
Тэги: muzey , kənd həyatı

Əkinçilik, maldarlığa aid hətta yaşı eradan əvəllərə söykənən əmək alətləri, 19-cu əsrə aid kəndli daxmaları bir sözlə, paytaxtda əsl kənd ab-havası ilə qarşılaşmaq istəyənlər üçün unikal ünvan. Milli.Az xəbər verir ki TTV (Region TV) çoxumuzun bixəbər olduğu Kənd Təsərrüfatı Muzeyindən reportajımız hazırlayıb. Kənd Təsərrüfatı Muzeyi Respublikanın qocaman muzeylərindəndir. 1924-cü ildə yaranan muzeydə 2 mindən çox eksponat qorunub saxlanılır. Burada elə qədim alətlər var ki, dünya üzrə yalnız Bakının Kənd Təsərrüfatı Muzeyində sərgilənir. Paytaxtda yerləşən bu muzeyə giriş pulsuzdur. Muzeydə yaşı 1 əsrdən çox olan xeyli eksponat qorunub saxlanılır. Yun darağı isə ötən əsrlərdə heyvandarlığın inkişaf etdiyini göstərir. Kənd Təsərrüfatı Muzeyində eksponatlarla yanaşı, müxtəlif sahələri özündə əks etdirən şöbələr də fəaliyyət göstərir. Kənd Təsərrüfatı Muzeyinin maraqlı guşələrindən biri də dağlıq ərazilərin əks olunduğu maketdir. Kənd həyatının kiçildilən maketini xatırladan muzeydə, həmçinin, 18-19-cu əsrdə yaşayan kəndlinin sadə məişət əşyaları, gildən və taxtadan hazırlanan qablar, nehrə, motal, alış-veriş zamanı istifadə olunan xurcunlar, cəhrə, torpaq şumlayan alət, həvəngdəstə, vəl, su daşı, dəmir kotan və digər alətlər var. Kənd Təsərrüfatı Muzeyi dünyanın 5 ölkəsində Azərbaycan, Macarıstan, Birləmiş Ştatlar, Çin və Bolqarıstanda fəaliyyət göstərir. Milli.Az