Parkomatların ərazisinə nişan niyə quraşdırılmayıb?

202 Просмотров

Добавлено: 12.03.2016
Категории: Разное
Тэги: parkomat , nişan , maşın , sürücü

Paytaxtın mərkəzi hissələrindəki bütün yollarda parkomatlar quraşdırılsa da onların təsir zonalarını bildirən hər hansı nişan quraşdırılmayıb. Avtomobilini parkomatın yaxınlığında saxlayan sürücülər isə rahat şəkildə işlərinin arxasınca gedir, amma qayıdarkən maşınlarını yerində tapa bilmirlər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu hal bir sürücünün başına gəlib və başqa bir sürücü də bu prosesi lentə alıb. Sürücü parkomatın yaxınlığında saxlasa da yol polisi avtomobili evakuatorla cərimə meydançasına aparır. Səbəb avtomobilin parkomatın təsir zonasından kənarda saxlanılmasıdır. Bu hal Bakıdakı əksər parkomatların yaxınlığında baş verə bilər. Çünki parkomatların yaxınlığında hansı yerə qədər avtomobil saxlamağa icazə verildiyini bildirən nişan yoxdur. Mütəxəssislər bildirir ki, parkomatlara nəzarət edən qurum anlaşmazlığı aradan qaldırmaq üçün addımlar atmalıdır. Parkomatlara nəzarət edən xüsusi təyinatlı avtonəqliyyat idarəsindən isə bildirilir ki, sürücülər parkomatların yaxınlıqında avtomobillərini saxlasalar belə, yol hərəkəti qaydalarına əməl etməli, yəni yol ayrıcı, piyada keçidi və səkilərdə maşın saxlamamlıdılar. Bunun olmaması üçün müvafiq xətləmələr şəhərin bəzi hissələrində çəkilib, ehtiyac olduqca digər parkomatların yanındada çəkiləcək. Milli.Az