Tural Bakuvi "Təbriz"

Bəstəkar Tural Bakuvi yeni, "Təbriz" adlı kompozisiyasını təqdim edib.

Kompozisiyası haqqında Milli.Az-a danışan bəstəkar, çoxdandır yeni kompozisiya işləmədiyini və uzun müddətdir ağlında məhz Təbriz şəhərinə musiqi həsr etmək istədiyini bildirib:

"Bizim Təbrizimizi xatırlamağımız, düşünməyimiz təbiidir. Çünki Təbriz bizim tarixi vətənin - Cənubi Azərbaycanın mərkəzi, böyük Səfəvi dövlətinin paytaxtıdır. Bu səbəbdən, bir növ, mənim üçün mənəvi borc idi bu. Düşünürəm, bir azərbaycanlı, bir oğuz kimi borcumu az da olsa, ödəyə bilmişəm.

Kompozisiyanın aranjimanı Ramal Rəsula, qarmon ifası Sübhan Köçərliyə, tar Şəhriyar İmanova, skripka isə İsmayıl Əlizadəyə aiddir. İnanıram ki, dinləyicilər bu kompozisiyamı da digərləri kimi sevərək dinləyəcəklər".

Milli.Az

Длительность: 3:47 Просмотров: 3.5K Добавлено: 8 лет назад
Категории: Музыка
Пожаловаться

Похожие видео