Güləşçilərimiz medallarının sayını 5-ə çatdırdılar

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb. 61 kq-da mübarizə aparan ikiqat sünya çempionu Hacı Əliyev bürünc medal uğrunda həlledici görüşdə Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşıb. Qarşılaşmada rəqibinə bir xal belə verməyən (7:0) güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub.

74 kq çəkidə yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov isə finalda Türkiyə təmsilçisi Soner Demirtaşa minimal hesabla məğlub olaraq gümüş medala yiyələnib.

Xatırladaq ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıblar.

Milli.Az

Длительность: 2:48 Просмотров: 4.4K Добавлено: 8 лет назад
Категории: Спорт
Тэги: güləş medal
Пожаловаться

Похожие видео