Manatla kredit niyə verilmir?

236 Просмотров

Добавлено: 11.03.2016
Категории: Разное
Тэги: manat , kredit

Demək olar ki, hər gün bu mövzu qaldırsaq da, öz həllini tapmır ki, tapmır. Vətəndaşların çoxsaylı müraciətləri əsasında yenidən bankların manatla kredit verməmələri mövzusunu gündəmə gətirməli olduq. Banklar özlərinə bəraət qazandırmağa çalışsalar da, ekspertlər hesab edirlər ki, vəziyyəti dəyişdirmək mümkündür. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, faktı Azərbaycan Banklar Assosiasiyasında da təsdiq edirlər. Banklar hələ də manatla kredit verməkdə maraqlı deyil. Və bunu depozitlərin əksəriyyətinin xarici valyutada olması ilə əlaqələndirirlər. Bir sözlə. banklar öz risklərini sığortalayır, lakin dollarla kredit götürəcək müştərisinin gələcək çətinliklərini heç nəzərə də almırlar. Halbuki, çətinliklə üzləşən vətəndaş sabah elə bankın özü üçün risk deməkdir. Mütəxəssislər hesab edirlər ki, hökümət bankların həm manatla əmanətlərin cəlbi, həm də milli valyuta ilə kreditlərin verilməsi baxımından çox önəmli tədbirlər həyata keçirir. Lakin kommersiya bankları bunlardan istifadə etməyərək, siyasətlərini davam etdirirlər. Milli.Az