Dükanlarda pul qıtlığı var

316 Просмотров

Добавлено: 11.03.2016
Категории: Разное
Тэги: dükan , pul , manat , manat qıtlığı

Yəqin ki, həm alıcılar, həm də satıcılar tez-tez xırda pul, manatlıq əskinas tapmaqda çətinlik çəkirlər. İqtisadçılar da dövriyyədə 1 və 5 manatlıq əskinasların azlığını təsdiqləyirlər. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, dövriyyədə olan 1 və 5 manatlıq əskinaslar kifayət etmir və alış-veriş zamanı pul xırdalamaq çətinləşir. Vətəndaşların və market satıcılarının cavabları bunu deməyə əsas verir. İqtisadçılar buna əsas səbəb kimi son vaxtlar nağdsız ödənişin artmasını göstərirlər. Nəticədə xırda pulların dövriyyəyə qayıtması müəyyən müddət çəkir. Banklar isə prosesin maksimum 3 gün çəkdiyini, mütəmadi olaraq terminaldakı pulların bazara qaytarıldığını qeyd edirlər. Dövriyyədə xırda pul qıtlığının digər bir səbəbi kimi də manatın məzənnəsindəki dəyişikliklərdir. Çünki, əksər ticarət obyektləri günün və ya həftənin sonunda pullarını xarici valyutaya çevirməyə üstünlük verirlər. Beləliklə də, vətəndaşların ödədiyi xırda pullar, daha sonra xarici valyutaya çevrildiyi üçün, həmin pullar banklara ödənilir. Praktiki olaraq həmin pulların banklardan dövriyyəyə qayıtması zaman tələb etdiyi üçün, xırda pulların qıtlığı yaranır. İqtisadçı belə hallarda dövriyyənin surətləndirilməsinin və ya Mərkəzi Bankın əskinas sayını tarazlamasını əhəmiyyətli hesab edir. Milli.Az