Bakıda yeni sürüşmə sahələri aşkarlandı

Paytaxtda yeni təhlükəli sürüşmə sahələri aşkar edilib. Bu ərazilər paytaxda olan fəal sürüşmə sahələrində ən azi 7-8 dəfə çox təhlükəli hesab olunur. Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan araşdırmaların nəticələri belə deməyə əsas verir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, paytaxtın bəzi ərazilərində yeni sürüşmə sahələri aşkar edilib.

Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahəsi 2.2 min kvadrat km. olan Böyük Bakı ərazisində, o cümlədən paytaxtın özündə olan sürüşmə sahələrindən başqa, sürüşmə ehtimalı olan areallar müəyyən olunub.

Bu sahələrdə sahələrindən sürüşmə riski və təhlükəliliyi əvvəlki yerlərlə müqayisədə 7-8 dəfə çoxdur.

Elbrus Əlizadənin sözlərinə görə ,belə yerlərin tapılmasında məqsəd bu ərazilərin çox hissəsində gələcəkdə yaşayış məntəqələri salınarkən əvvəlcədən qabaqlayıcı tədbirlərin görülməsidir.

Aşkar edilən yeni sürüşmə sahələri ilə bağlı müəyyən təkliflər Coğrafiya İnstitutu tərəfindən aidiyyəti orqanlar göndəriləcək. Direktor müavininin sözlərinə görə, hazırda Bayıl amfiteatrında, Zığ massivində, Günəşlidəki Kərpic zavodu zonasında və Masazırda sürüşmə sahələrində aktivlik müşahidə olunur. Həmin ərazilərdə qoyulmuş nişanlarda süxurların 2-10 mm və daha artıq yer dəyişməsi qeydə alınıb.
Milli.Az

Длительность: 2:11 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео