Merkel təşviş içində: "Türkiyə ilə razılaşa bilməsək, batdıq"

323 Просмотров

Добавлено: 10.03.2016
Категории: Разное
Тэги: miqrant axını , miqrant

Almaniyanın kansleri Anqela Merkel dövlət radiosu MDR-ə müsahibə verib. Milli.Az ölkə.az-a istinadən bildirir ki, Merkel Suriya konflikti və onun nəticəsində başlamış miqrant axınından danışıb. Merkel Suriyada hələlik sülhə nail olmağın mümkünsüzlüyü səbəbindən Avropa ölkələrini miqrant axınının hələ uzun müddət təhdid edəcəyindən danışıb. "Birtərəfli qərarlar qəbul edərək bu problemi həll etmək mümkün deyil. Əgər qaçqın axınının qarşısını almaq üçün Türkiyə ilə razılaşa bilməsək, Yunanıstan bu ağır yükün altından təkbaşına çıxa bilməz və Yaxın Şərqdən milyonlarla insan Avropanı tapdalayar", deyə Merkel Avropa ölkələrinə bu məsələdə Türkiyənin rolunun vacibliyini bir daha xatırladıb. Milli.Az