Piratçılığa son qoyulur

Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində yeni dövr başlayır.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, ölkəmizdə artıq xüsusi nəzarət markaları, yəni holoqramlar çap olunacaq. Bu isə piratçılığın qarşısını tamamilə alacaq.

Əqli mülkiyyət hüquqları daha ciddi qorunacaq, saxtalaşdırılması və başqaları tərəfindən mənimsənilməsi holoqramlar əngəllənəcək.

Müəllif Hüquqları Agentliyi yaxın vaxtlarda holoqramların çapına başlayacaq. Artıq lazımi avadanlıqlar quraşdırılıb, proqram təminatı üzrə iş də yekunlaşmaq üzrədir.

Holoqramlar vasitəsi ilə vətəndaşlar məhsul haqqında ətraflı məlumat da əldə edə biləcək. Bunun üçün Müəllif Hüquqları Agentliyində elektron məlumat bazası yaradılıb. Hər bir holoqram isə xüsusi nömrəyə və koda malikdir.

Bu sahədə piratçılığın qarşısının alınması üçün görülmüş işlərdən biri də qanunvericilik aktlarına dəyişikliklərin edilməsidir. Bundan sonra saxta malı bazara çıxaran fiziki şəxslər, hər bir nüsxəyə görə 50 manat, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 150 manat cərimə ödəyəcəklər. Bununla yanaşı, bu əməli təkrar törədənləri 7000 manat cərimə və ya 2 ildən 4 ilə qədər həbs gözləyir.

Milli.Az

Длительность: 1:56 Просмотров: 1.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео