Neftin qiyməti yüksəlir, bəs dollar?..

245 Просмотров

Добавлено: 10.03.2016
Категории: Разное
Тэги: neft , dollar , qiymət

Son günlər dünya bazarında neftin qiymətinin artdığını müşahidə edirik. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, proses artıq bir neçə gündür ki, yuxarıya doğru gedir. Bəs neftin qiymətinin artması dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxara bilərmi? Azərbaycan neftinin qiyməti uzun fasilədən sonra 40 dolları ötdü. Martın 8-də London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barreli 40 dollar 57 sentə satılıb. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, neftin dünya bazarında qiymətinin yüksəlməsinə baxmayaraq, dollara tələb yüksək olaraq qalır. O hesab edir ki, əgər neftin dünya bazarındakı qiyməti 70 dollara qədər artarsa və bu səviyyədə stabilləşərsə, yalnız bu halda manatın məzənnəsınə təsir edə bilər. Bir sözlə, manatın dəyəri növbəti dövrlərdə dünya bazarında neftin qiymətinin necə dəyişməsindən asılı olacaq. Milli.Az