Banklar zaminlərə hüquqlarını izah etmirlər

Banklar əksər hallarda zaminlərə hüquqlarını başa salmır və buna maraq göstərmirlər. Halbuki, zaminləri məsuliyyətdən azad edən xüsusi hallar mövcuddur.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, banklar əksər hallarda kredit götürən şəxsin müqaviləsini uzatdığı halda bu barədə zamin duran şəxslərə məlumat vermirlər. Ödəməylə bağlı bir problem yarananda isə vəsaiti zamindən tələb edirlər. Mütəxəssislər bildirir ki bu kimi hallara yol vermək ciddi qanun pozuntusudur.

Bəzən zaminliyə müddət qoyulması banklara sərf etmədiyindən zaminliyi müddətsiz təyin edirlər. Ekspertlər bildirir ki, şəxs müddətsiz zamin durarsa kredit ödənişi bitən son tarixdən 1 il müddətə qədər bank yenə də zaminə qarşı hüquqi tələblər irəli sürə bilər. Buna görə vətəndaşların müqavilədə bu məsələyə diqqətli yanaşmaları vacibdir.

Bankların zamin duran şəxslərə qarşı daha çox tələb qoya bilməsi üçün atdığı addımlardan biri də əlavə zaminlik olduğu halda yalnız birgə zaminlik müqaviləsi bağlamalarıdır. Çünki birgə zaminlik zaminin üzərinə kredit alanla eyni məsuliyyəti qoyur. Ancaq subsidar zaminlik yəni əlavə zaminlik zaminin də hüquqlarını qoruduğu üçün bu banklara sərf etmir.

Maraqlı məqamlardan biri isə birdən çox zamin olduğu zaman əgər krediti alan şəxs bu pulu ödəyə bilməzsə məsuliyyətin zaminlər arasında necə bölünməsidir. Mütəxəssislər bildirir ki, bu zaman bank zaminlərin hamısından vəya digərlərinə toxunmadan sadəcə 1 nəfərdən bu vəsatiləri geri istəyə bilər... Yəni krediti alan, borcu ödəyə bilmədiyi halda bank istədiyi zamini seçə və vəsaiti ondan tələb edə bilər.

Milli.Az

Длительность: 2:17 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: bank zamin
Пожаловаться

Похожие видео