15-ə yaxın ev yaran dəstənin daha bir üzvü tutuldu

Goranboy polisi rayon ərazisində və Şəkidə ayrı-ayrı vaxtlarda vətəndaşların evini soyan 2 nəfəri saxlayıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, dəstənin cinayət əməlindən təxminən 10 min manata qədər vəsait əldə etdiyi müəyyən edilib.

Goranboy və Şəkidə oğurluq törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Ötən həftə cinayətkar dəstənin bir üzvü Şəki şəhər sakini Elnur Səmədov polis tərəfindən saxlanılsa da, Goranboy rayon sakini Rasim Hüseynov bir müddət istintaqdan qaçaraq gizlənməyi bacarıb. Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində o, Gəncədə saxlanılıb. İstintaq onların Şəki və Goranboyda təxminən 15-ə yaxın evdən oğurluq etdiyini müəyyən edib.

Vüqar Hüseynov - müstəntiq: "Həmin şəxslər evlərə pəncərədən və qapılardan qanunsuz daxil olaraq qızıl-zinət əşyaları oğurlayıblar. Fəaliyyətləri nəticəsində dəstə vətəndaşlara ziyan vurmaqla 10 min manata yaxın gəlir əldə edib".

Əldə etdikləri qəniməti sataraq öz aralarında bölən dəstə üzvləri pulları kef məclislərinə xərcləyiblər.

Rasim Hüseynov - saxlanılan şəxs: "Ən çox qızıl, pul, bir dəfə də Şəkinin kəndindən fotoaparat aparmışıq. Qızılları Bakıda, Mingəçevirdə və Gəncədə satırdıq".

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə işa açılıb, dəstənin başqa əməlləri də araşdırılır.

Milli.Az

Длительность: 1:45 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео