Silsilə oğurluqlar edən idmançı yaxalandı

354 Просмотров

Добавлено: 09.03.2016
Категории: Разное
Тэги: oğurluq , oğru , cinayət işi

Siyəzən polisi rayonda silsilə oğurluqlar edən şəxsin qolunu qandallamağa nail olub. Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Siyəzən şəhərində bir sıra iaşə obyektlərindən elektrik avadanlıqları oğurlayaraq satan rayon sakini həbs edilib. Əvvəllər də eyni əməllərinə görə, bir neçə ilini dəmir barmaqlıqlar arxasına keçirən İlkin Bəylərovun idmançı olduğu bildirilir. Siyəzən rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə 3 nəfər rayon sakini müraciət edərək fevral ayı ərzində onlara məxsus iaşə obyektlərindən oğurluq edilməsi ilə bağlı məlumat verib. Hadisə yerlərinə baxış keçirən polis əməkdaşları Heydər Əliyev küçəsində yerləşən çayxanadan 1 monitorun, yaxınlıqda yerləşən mağazadan 80 manat pul, 110 manat dəyərində malların, həmçinin Xətai küçəsində yerləşən restorandan 2 ədəd monitorun və peyk qəbuledici aparatın oğurlandığını müəyyənləşdirib.