Bakı sakinindən tapança götürülüb

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Qaqaş Musayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Q.Musayev rayon ərazisində saxlanılaraq bölməyə gətirilib. Onun üzərinə baxış zamanı sandıqçasında 5 ədəd patron olan "Naqan" markalı tapança aşkar olunaraq götürülüb.

Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı Tərlan İbrahimli bildirib ki, aparılan araşdırma zamanı dindirilən Musayev Qaqaş Xanlar oğlu həmin silahı təxminən 15 gün əvvəl metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığındakı parkda gəzərkən ağacın dibindən tapdığını və silahın yararlılığını yoxlamaq üçün bir dəfə atəş açdığını bildirib. Bundan sonra isə Qaqaş Musayev tapançanı üstündə gəzdirib.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Длительность: 1:37 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео