"Supumu bişirən yoxdur..." - müğənni arvadı ilə barışmaq istəyir

806 Просмотров

Добавлено: 09.03.2016
Категории: Разное
Тэги: müğənni

Müğənni Niyam Salami ilk dəfə şəxsi həyatından danışıb. Milli.Az big.az-a istinadən bildirir ki, "10-dan sonra" verilişində 2 il evli olan müğənni həyat yoldaşı ilə yollarını ayırmasından danışıb. "Ailə qurmaq və ayrılmaq asan deyil. 1 ay tanıdığın insanla evlənmək olmaz. Amma uşaqlıq ola bilsin məndə də oldu. Səhvimi təmizləyə bilmədim. Xasiyyətimiz tutmadı. Amma gözləyirəm, həyat yoldaşımla görüşməsəm də, onunla barışa bilərəm. İnsanıq, ikimiz də incimişdik. Amma elə də böyük qəbahətimiz olmayıb. Ürəyim dəmirdən deyil, yadıma düşür hərdən. Kəskin bıçaq kimi mahnılar oxuyanda o günləri yada salıram. Peşman olmuşam, ailəm yoxdur. Supumu bişirən, çayımı verən yoxdur". Milli.Az