Paytaxtda polisə tabe olmayan sürücü saxlanılıb

Sərxoş sürücü alkoqol müayinəsindən keçməkdən də imtina edib.

Kəpəz TV (Region TV) xəbər verir ki, sürücü Bayram Namazov uzaqvuran işıqlardan istifadə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sərxoş vəziyyətdə olan sürücü yol polis əməkdaşlarına tabe olmaq istəməyib.

Sürücünün sərxoş olduğunu görən polislər onu alkoqol sərxoşluğunu təyin etmə məntəqəsinə dəvət ediblər. Məntəqəyə gələn sürücü müayinədən keçməkdən imtina edib.

Aparılan söhbətlər nəticəsində Bayram Namazov müayinədən keçməyə razılıq verib. Lakin həkimin otağına daxil olandan sonra yenə fikrindən daşınıb.

Bayram Namazov barəsində inzibati protokol tərtib olunub.

Milli.Az

Длительность: 1:26 Просмотров: 5.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео