Paytaxtda zəncirvari qəza

Paytaxtın Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində 3 avtomobil toqquşub. Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik maşını qarşıda gedən "Changan"ı vurub. Zərbənin təsirindən "Changan"ın sürücüsü idarəetməni itirib, nəticədə maşın "Chevrolet"yə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin avtomobillər deformasiyaya uğrayıb. Maşınlar cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib, araşdırmaya başlanılıb.

Milli.Az

Длительность: 0:31 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео