Quşla qızıl oğruları ələ keçdilər

KANAL S (REGİON TV) xəbər verir ki, Şəki polisi iki cinayət faktının üstünü açmağa nail olub. Belə ki, keçirilmiş istintaq tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda oğurluq edən şəxslər saxlanılıb.

İlk cinayət işi Şəkinin Çeşməli kənd sakinlərinin şikayəti əsasında açılıb. Belə ki, Şəki rayon Çeşməli kənd sakinləri Babayeva Nərgiz, Əlimirzəyeva Mətanət, Məmmədov Asif, Məmmədov Xəyal, Əsədov Ramiz və Əliyev Füzuli polis şöbəsinə şikayət edərək, 2015-ci il dekabr ayının 31-i axşamı onların evindən qızıl zinyət əşyalarının oğurlandıqlarını bildiriblər. Keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı məlum olub ki, hadisəni Çeşməli kənd sakini, 1995-ci il təvəllüdlü Səmədov Elnur Nəzir oğlu törədib.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxs cinayəti Goranboy rayon sakini, Rasim adlı tanışı ilə birlikdə törədib. Həmçinin o da məlum olub ki, cinayətkarlar Şəki və Goranboy rayonları ərazisində oğurluq ediblər. Oğruların Şəki ərazisində ümümilkdə 5000 AZN dəyərində oğurluq etdikləri məlum olub.

Keçirilmiş istintaq əməliyyat tədbirləri zamanı digər oğurluq faktınında üstünü açmağa müvəffəq olan polislər Şəki sakini, 1987-ci il təvəllüdlü İsmayılov Əflatun Camal Oğlunu saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs 2015-ci ilin sentyabr ayından etibarən şəhər ərazisində bir sıra şəxslərin evindən 40-dan çox ev quşu oğurlayıb.

Hər iki faktla əlaqədar Şəki ŞRPŞ- tərəfindən araşdırmalar davam etdirilir.

Milli.Az

Длительность: 2:21 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: oğru oğurluq
Пожаловаться

Похожие видео