8 Martda doğulmuş Firuddun dayı

259 Просмотров

Добавлено: 09.03.2016
Категории: Разное
Тэги: Doğum günü

Qadınlar üçün əlamətdar olan 8 mart tarixi bəzi kişilər üçün də xüsusi əhəmiyyət kəsb edir. Doğum günü bu tarixə təsadüf edən belə insanlardan biri Yevlax sakini Firuddun Zeynalovdur. Milli.Az El Tv (Region Tv)-yə istinadən xəbər verir ki, Firuddun Zeynalov 1939-cu il martın 8-də Yevlaxın Gülövşə kəndində doğulub. Onun 8 mart Beynəlxalq Qadınlar Bayramı ilə eyni vaxta təsədüf edən doğum günü ailəsində ikiqat sevinclə qeyd edilir. Firuddun Zeynalov hər il martın 8-də həyat yoldaşı və qız övladları ilə bir-birilərini qarşılıqlı şəkildə təbrik edirlər.O,bu tarixdə dünyaya gəlməyindən məmnun olduğunu da buildirir: "Nə məndən hədiyyə istəyən olur, nə də mən heç kimə hədiyyə verirəm" Qardaşı Nəriman Zeynalov isə deyir ki,əvvəllər Firuddun dayının doğum tarixini dəyişdirmək niyyətində olsalar da o, buna razılıq verməyib Bildirək ki, Firuddun Zeynalov 6 övlad atasıdır. Milli.Az