Dalandar qadın bayram günü iş başında

234 Просмотров

Добавлено: 09.03.2016
Категории: Разное
Тэги: bayram günü , qadın

Milli.Az El Tv (Region Tv) istinadən xəbər verir ki,8 Mart Beynəlxalq Qadınlar günü olmasına baxmayaraq küçələrdə təmizlik işi aparan qadın dalandarlar hələ də iş başındadırlar. Belə işçilərdən biri də 40 yaşlı Yevlax rayon sakini Şəlalə Rəsulovadır. Dalandar Şəlalə Rəsulova artıq 4 ildir ki, bayram gününü iş başında qeyd edir. 8 mart istirahət günü kimi qeyd olunsa da o, işini üstün tutur: "Demək olar ki, hər bir bayramda iş görürük. İş insanın cövhəridir. Bizim iş prosesimiz bundan ibarətdir ki, biz təmizləməsək cəmiyyət necə təmizliyə çıxa bilər.Çünki bu iş zəhmətsevər işdir. Necə desəm sizi qane edər deyə bilmərəm, ancaq mən işimi çox sevirəm" Şəlalə Rəsulova özünün və digər qadınların zəhmətinin cavabsız qalmadığını bildirir.Onların işi həmişə qiymətləndirilir. Heç bir ali və orta ixtisas təhsili olmayan Şəlalə Rəsulova qadınlara işlərini yüksək səviyyədə görməyi tövsiyə edir. Milli.Az