Bu gecə Günəş tam tutulacaq

Sabah Bakı vaxtı ilə 05.37-də tam Günəş tutulması olacaq.
Milli.Az CNN-ə istinadən bildirir ki, bu ilin ilk Günəş tutulması Azərbaycanda tam yox, qismən görünəcək.
Astronomların dediklərinə görə, bu ilin ilk və son tam Günəş tutulmasını yalnız Hind, habelə Sakit Okeanda olan gəmilərdəki dənizçilər və sərnişinlər görə biləcəklər. Cənub-Şərqi Asiya, Şimal və Qərbi Avstraliya, Sakit və Hind Okeanındakı ölkələrdə də Günəş tutulması qismən görünəcək.
İyunun 21-də isə halqalı Günəş tutulması olacaq.
Sabahkı Günəş tutulmasının maksimal fazası təqribən 4 dəqiqə 9 saniyə davam edəcək.
Günəş sabah saat 00.19-da tutulmağa başlanacaq, Ayın yarımkölgəsi Hind Okeanında Sumatra adasının sahillərindən hərəkətə başlayacaq, Şərqə doğru "sürüşəcək".
3 dəqiqə sonra kölgə Sipora və Paqay-Utara adalarından keçəcək, İndoneziyanın Palembanq şəhərinə çatacaq, daha sonra Banka, Belitunq və Kalimantan adalarına çatacaq. Kölgənin sonrakı hərəkəti Sulavesi, Palu, Ternate, Tidore, Mare, Palau adalarından keçəcək.
Günəşin kölgəsi yeri Bakı vaxtı ilə 07.38 dəqiqədə, Havay arxipelaqından şimalda "tərk edəcək".
Nəticədə tutulma nəticəsində Ay Günəşin diskini tamamən örtəcək və nəticədə Yerin bir hissəsi kölgədə qalacaq, yalnız Günəş tacının zəfi şüaları ilə işıqlanacaq.
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) olayla bağlı olaraq Günəş tutulmasının vizuallaşması cədvəlini hazırlayıb.

Длительность: 1:00 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео