Bakıda məzar yerləri ucuzlaşacaq

Bakıda yerləşdiyi ərazidən asılı olaraq bir qəbir yerinin qiyməti min, 3 min, 5 min hətta 10 min manatdan da yuxarı təklif edilir. Ancaq bu vəziyyət artıq aradan qalxacaq. Məzar yerlərinin qiymətləri bu qədər baha olmayacaq. Çünki bu məsələ qanunla tənzimlənəcək. Yeni qanuna əsasən, hətta bəzi ailələrə məzar yerləri pulsuz veriləcək.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, artıq məzar yerlərinin qiyməti bu qədər baha olmayacaq. Çünkü məsələ yeni hazırlanan "Qəbiristanlıqların yaradılması və idarə olunması haqqında qanun"la tənzimlənəcək. Qanuna əsasən, Bakıda qəbir yerlərinin standart qiymətləri müəyyənləşdirilib. Qiymətlər minimum əmək haqqının iki misli miqdarında olacaq. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Bu xərclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də qarşılana bilər.

Siyavuş Novruzovun sözlərinə görə, qanun qəbirüstü abidə və daşları da nizamlayacaq. Qəbir daşları standart olacaq.
Milli.Az

Длительность: 1:56 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео