Nə etməli: kredit, yoxsa "lotereya?"

Problemli kreditlərin artdığı vaxtda insanlar banklara müraciət etməyə çəkinir və daha çox öz aralarında pul dövriyyəsi etməyə, xalq arasındakı adı ilə "lotereya" oynamağa üz tuturlar. İqtisadçılar da bu üsulu daha əlverişli hesab edirlər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bank kreditinə üz tutmaq əvəzinə kollektiv arasında "lotereya" oynamaq olar. İqtisadçılar bu üsulun vətəndaşları həm bank faizlərindən, həm də əlavə risklərdən sığortalayacağını qeyd edirlər.

Sabit gəliri olan şəxs bankdan götürəcəyi məbləği və ya kimdənsə istəyəcəyi borcu bu üsulla təmin edə bilər. Üstəlik nə komisyon haqqı ödəyirlər, nə də əlavə faiz.

Amma "lotareya"nın da çatışmazlığı var. Bu isə ondan ibarətdir ki, pulu istədiyin vaxt yox, növbən çatanda əldə edirsən. Amma kollektiv arasında ehtiyac növbəsinə görə bunu razlaşdırmaq mümkündür.

Elə buna görə də dövriyyəyə qoşulanların sayı nə qədər az olsa, o qədər yaxşıdır. "Lotereya" oynayan zaman məbləğ də önəmlidir.
Milli.Az

Длительность: 2:18 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео