Qadın zərifliyini peşəsinə qurban verən xanım - REPORTAJ

Biz qadınları daha çox cəmiyyətdə həkim, müəllim, satıcı kimi peşələrin sahibləri görməyə alışmışıq. Bu mənada, elmin texnikanın inkişafı da bu gün qadınlarımızın köməyinə çatır. Onları məişət işlərinin ağırlığından bir növ azad edir. Ancaq bu ifadələri Ofelya Tağıyevaya aid etməyə bir növ tələsmək istəmirik.

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Azərbaycan qadınını at belində görmək bizə baxdığımız filmlərdən, oxuduğumuz tarixi əsərlərdən yaxşı məlumdur. Lakin günümüzün reallığında at minib dağlara, ormanlara meydan oxuyan qadın, yəqin ki, çətin tapılar. Ofelya Tağıyeva təsərrüfatçı ailəsində böyüyüb. Təsərrüfatçı ailəsinə də gəlin köçüb. Bir sözlə, gözünü açandan mal-qara,qoyun-quzu görüb. 30 ildir ki, at belində çomağı da əlində... Dağların qoynunda çobanlıq edir. Qəhrəmanımızın nə az, nə çox düz 55 yaşı var. Amma bu, ona çobanlıq etməyə, at belində sürünü otlağa aparmağa, qaytarmağa mane olmur.

Maraqlıdır Ofelya xanım sürünü nə üçün həyat yoldaşına etibar etmir?! Bu peşəsinə görə dəfələrlə qohum-əqrəbanın qınağına da tuş gəlib. Lakin heç nə onu qayınatasından miras qalan sənətindən uzaqlaşdıra bilməyib. Deyir, bircə gün adəti işi ilə məşğul olmasa, özünü narahat hiss edir. Bütün varlığı ilə bağlandığı işi ona heç də qadınlığını, bir evin xanımı olduğunu unutdurmur. Keçmişdən həyat yoldaşları ilə çiyin-çiyinə mübarizə aparıb, tarixdə iz qoyan qəhrəman qadınlarımız az olmayıb. Bir sözlə, dediklərimizin canlı nümunəsi ... Ofelya xanım kimi... Baxmayaraq ki, gördüyü iş daha çox kişi işidir. Bu gün onun da bayramıdır. Bayramınız mübarək olsun!

Milli.Az

Длительность: 4:05 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qadın xanım peşə
Пожаловаться

Похожие видео