"İşte benim stilim"də azərbaycanlı qızın çıxışı

4280 Просмотров

Добавлено: 08.03.2016
Категории: Разное

TV 8-də yayımlanan "İşte benim stilim" yarışmasına azərbaycanlı iştirakçı qatılıb. Axşam.az-ın məlumatına görə, Ayşən Ocaqverdiyeva adlı xanım uzun müddətdir İstanbulda yaşadığını bildirib. Münsif kürsüsündə oturan modelyer İvana Sərt Ayşənin geyim tərzini tənqid edib, seçdiyi qırmızı rəngi bəyəndiyini bildirib. İvana eyni zamanda Azərbaycanı çox sevdiyini deyərək, salam göndərib: "Bizi orada çox gözəl qarşılayırlar. Möhtəşəm insanlardır". Nur Yerlitaş da Ayşənin geyimini bəyənmədiyini söyləyib. Modelyer Hakan Akkaya produser Tolikə və iş xanımı Ruhi Əliyevaya salamlar göndərib: "Bu yaxınlarda Bakıda idim. İnsanı elə gözəl qarşılayırlar ki... Özümü şahzadə kimi hiss edirdim". Milli.Az