Bəzi keçidlərdə eskalatorlar işləmir

Paytaxtın bəzi yeraltı və yerüstü piyada keçidlərində eskolatorlar işləmir. Belə vəziyyətdən ən çox əziyyət çəkən yaşlı insanlar olur. Keçiddən keçə bilməyən piyada avtomobil yolun keçdikdə isə yol polisi tərəfindən cərimələnir. Əməkdaşlarımız həmin piyada keçidlərində olublar.

Eskolatorlar işləmədiyindən piyadalar pilləkənlarla qalxmaq məcburiyyətində qalırlar.

Bəziləri isə belə vəziyyətdə piyada keçidindən yox təhlükəli də olsa yoldan keçirlər.

Paytaxtın Nəsimi və Xətai rayonlarında olan yeraltı və yerüstü piyada keçidlərininin bir hissəsində eskolatorlar işləmir. Məsələn, Nəsimi rayonu Heydər Əliyev parkı ilə Rəşid Behbudov və Füzuli küçələrini birləşdirən yeraltı piyada keçidinin eskalatorları. İstifadəsiz qalan eskalatorların üstünü isə qum və zibil örtüb. Məcbur qalıb pilləkanlarından istifadə edən yaşlılar isə əziyyət çəkirlər.

Yolu piyada keçidindən istifadə etmədən keçənlər isə cərimə olunurlar.

Xətai rayonu Nobel prospektindəki yerüstü piyada keçidinin də eskolatorları işləmir. Bunun üçün giriş hissəyə qırmızı letdə vurulub.

"Azəryolservis"dən "Xəzər Xəbər"ə bildirildi ki, Heydər Əliyev parkı ilə Rəşid Behbudov və Füzuli küçələrini birləşdirən yeraltı piyada keçidinin fəaliyyətindən özəl şirkətlərdən biri cavabdehdir. Nobel prospektində olan yerüsdü piyada keçidi isə, "Azəryolservis"in balanasındadır. Hər iki ərazidə olan piyada keçidlərinə əməkdaşlar tərəfindən baxış keçirilərək problemin aradan qaldırılmasına başlanılacaq. Ümuilikdə belə problemləri aradan qaldırmaq üçün ötən ildən piyada keçidləri özəl şirkətlərdən alınaraq qurumun balansına keçirilib.

Milli.Az

Длительность: 1:37 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: keçid eskalator
Пожаловаться

Похожие видео