Tibbi yardımdan imtina edənlər cərimələnəcəklər

Reallıq bundan ibarətdir ki, bəzi xəstəxanalarda xərcləri ödəmədən nəinki təcili əməliyyata girmək, heç müayinə üçün həkim qəbuluna da keçmək mümkün olmur. Nəticədə isə ağır vəziyyətdə olan xəstənin ailəsi xəstə əvəzinə, əməliyyatın və ya digər tibbi prosedurun pulunu ödəmək məsələləri ilə maraqlanır. Bu məsələ Milli Məclisin gündəminə gətirilib. İxtisaslaşdırılmış tibbi yardım göstərməkdən imtina edən tibb müəssisələri cərimə olunacaqlar.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bəzi tibb müəssisələri xəstəni yox pulu düşünürlər. Halbuki, itirilən həmin müddət ərzində xəstə dünyasını dəyişə bilər.

Bu məsələ Milli Məclis səviyyəsində gündəmə gətirilib. Hər hansı bir səbəbdən ixtisaslaşdırılmış tibbi yardımdan imtina edən xəstəxanalar 500 manata qədər cərimə oluna bilərlər.

Xəstəxanaların bəzən imtina etdikləri bu cür ixtisaslaşdırılmış tibbi yardımlar kifayət qədər bahalı və uzun müddət göstərilməli yardımlardır.

Milli.Az

Длительность: 2:11 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео