Banklar müştəri sirrini qoruyurmu?

240 Просмотров

Добавлено: 08.03.2016
Категории: Разное
Тэги: bank , müştəri

Banklar vətəndaşların banklara qoyduğu əmanət, alqıdları kreditlər, eləcə də qoyduqları girovlar haqqında ətrafli məlumata malikdirlər. Narahatlıq yaradan məqam isə bundan ibarətdir ki, bu məlumatları bütün bankların işçilərinin böyük qismi asanlıqla görə bilir. Bu isə vətəndaşların şəxsi məlumatlarının başqa şəxslərin əlinə keçmək riskini artirir. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, banklardakı əmanət, banka qoyulan girov, eləcə də şəxsin banka təqdim etdiyi məlumatlar bank sirrini təşkil edir və bank bunu qorumağa borcludur. Ancaq həmin məlumatların sahibinin xəbəri olmadan 3-cü şəxslərin əlinə keçmə ehtimalı yüksəkdir. Çünki bank işçilərinin əksər hissəsi bank müştərilərin bir çox məlumatlarını açıq şəkildə görə bilirlər. Bankların Məlumat Sistemi xoş niyyətlə yaradılsa da bundan şəxsi məqsədlər üçün istifadə etmək də o qədər çətin deyil. Məsələn, əgər bir əmanətçi ilə bankda işləyən hər hansı bir şəxs arasında ədavət varsa, onu şəxsi məlumatlarının oğurlanmasından heç kim sığortalaya bilməz. Baxmayaraq ki, qanun bank sirri olan məlumatların kimə verilə biləcəyinin konkret siyahısını göstərir. Bu şəxslərdən başqa bank sirri olan məlumatların kiməsə verilməsi isə tam qanunsuzdur və vətəndaşa vurduğu zərərə görə inzibati eləcə də cinayət məsuliyyətinə səbəb olur. Bank əməkdaşının yaydığı məlumat vətəndaşa 7 min manata qədər zərər vurarsa, əvvəlki İnzibati Xətalar Məcəlləsinə görə fiziki şəxslər cəmi 50-100 manat cərimə ödəyirdi. Ancaq yeni qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə görə bu rəqəm fiziki şəxslər üçün 1500-2000, vəzifəli şəxslər üçün 4 minə, hüquqi şəxslər isə 10-12 min manat məbləğində müəyyənləşdirilib. Bundan əlavə, sözügedən qanun pozuntusuna görə iki ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası da müəyyənləşdirilir. Milli.Az