Məktəblərə yaxın bəzi reklamlar qadağan edildi

Bəzən bağça və məktəblərin yaxınlığında uşaqların psixologiyasına mənfi təsir edə biləcək reklamlarla rastlaşırıq. Ancaq bu gündən sonra belə reklamlara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamlarla bağlı yeni qadağaları müəyyən edib.

Təhsil eksperti Nazim Əkbərovun sözlərinə görə, təkcə zərərli reklamlar deyil, həmçinin bəzi obyektlərin də məktəblərə yaxın fəaliyyət göstərməsi qadağan edilməlidir.

Nazirlər Kabinetinin yeni qadağaları ən çox valideynləri sevindirib.

Milli.Az

Длительность: 1:49 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: məktəb reklam
Пожаловаться

Похожие видео