“Bir anda külə çevirərik”- ABŞ-a nüvə təhdidi

Şimali Koreya Cənubi Koreya və ABŞ-ın bölgədə həyata keçirdiyi birgə genişmiqyaslı hərbi təlimlərə sərt reaksiya verib.

Milli.Az publika.az-a istinadən bildirir ki, rəsmi Pxenyan Cənubi Koreya və ABŞ-a qarşı nüvə silahını istifadə edə biləcəklərini deyib.

"Düşmənlərimizi yox etmək üçün nüvə silahının düyməsini bassaq, bütün bazaları atəş və kül olaraq dənizə töküləcək", - Şimali Koreyanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya "Əməliyyat Planı 5015" adlandırılan hərbi təlimlərə başlayıb. Şimali Koreyanın mümkün hücumlarının qarşısını almaq üçün hazırlıq xarakteri daşıyan təlimlərdə 300 min Cənubi Koreya, 15 min isə ABŞ əsgəri qatılıb. Təlimlər aprel ayı sonuna qədər davam edəcək.

Milli.Az

Длительность: 3:08 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео