"Donma olmur, kanallar qarışmır, görüntü daha yaxşıdır" - Əhali rəqəmsal yayımın tərəfdarıdır

Dünyanın inkişaf etmiş olkələrinin əksəriyyəti analoq yayımla vidalaşaraq, rəqəmsal yayıma keçmişdir. Məsələn, İngiltərə rəqəmsal yayıma keçidi 2010-cu ildə başlatmış, bir neçə ildə bu prosesi tamamlaya bilmişdir. Avropanın əksər ölkələrində rəqəmsal yayım həyata keçirilir.

Qonşu Türkiyədə ilk rəqəmsal yayım testləri 2006-cı ildə həyata keçirilmiş, 2015-ci ilin sonuna doğru böyük kanalların əksəriyyəti bu yayım növünü seçmişdir. Bəs, Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı ilk test işləri 2004-cü ildə başlanılıb. Ötən ilin sonuna qədər ölkənin bütün ərazisinin rəqəmsal yayımla tam əhatə olunması nəzərdə tutulsa da, proses hələ ki, yekunlaşmayıb.

Длительность: 9:15 Просмотров: 3.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео