Provayderlər müştərilərini aldada bilməyəcək

Vətəndaşlar tez-tez internetin sürətinin provayderdən aldıqları sürətdən aşağı olduğunu bildirirlər. Artıq bunu müəyyənləşdirmək mümkündür. Delta Telekom yeni xidmət istifadəyə verib.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Azərbaycanda interneti provayderlərə satan Delta Telecom şirkəti onların fəaliyyətinin necə dəyişdiyinin qrafikini öz saytında yerləşdirib. Bunun üçün istifadəçilər müştəri xidməti bölməsindən statistika xidmətinə daxil olmalıdırlar. Burada provayderlərin Delta Telecomdan nə qədər internet aldığı və həmin internetin müştərilər arasında necə bölüşdürüldüyünü görmək mümkündür.

Hər bir istifadəçi öz provayderinin adını seçməklə onun gündəlik trafikinə nəzarət edə bilər.

Bu xidmətin istifadəyə verilməsi provayderlərə ictimai və dövlət nəzarətini gücləndirəcək. Artıq istifadəçilərin internet sürətinin aşağı olduğunu sübuta yetirə biləcəklər.
Milli.Az

Длительность: 1:39 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео