Kəmər taxmayan avtobus sürücüləri cərimələnəcək

Yol polisi avtomobillərində yenicə işə düşən ''İ-patrul'' sistemi vasitəsi ilə kəmər taxmayan marşurut avtobuslarının sürücüləri də cərimələnəcək. Artıq belə sürücülərə qarşı nəzarət gücləndirilib. Bakı şəhər Nəqliyyat Agentliyi isə qayda pozan avtobus sürücülərinin tabe olduğu daşıyıcı şirkətlərə xəbərdarlıq edib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, artıq təhlükəsizlik kəmərindən istifadə etməyən marşrut avtobuslarının sürücüləri də cərimələnəcək. Onlar yol polisi avtomobillərində işə düşən ''İ-patrul'' sistemi ilə müəyyən ediləcək.

Kəmər taxmayan avtobus sürücüləri 40 manat cərimə olunacaqlar.

Sərnişin avtobuslarının sürücüləri isə ''niyə təhlükəsizlik kəmərindən istifadə etmirsiz'' sualımıza özlərinə məxsus cavab verir.

Yeni yaradılan Bakı şəhər Nəqliyyat Agentliyindən bildirilir ki, avtobus sürücülərinin yol verdiyi qayda pozuntuları ilə bağlı bəzi daşıyıcı şirkətlərin sahiblərinə məlumat verilib. Əgər həmin şirkətlər zəruri tədbirlər görməsə onların xətləri əllərindən alınacaq.
Milli.Az

Длительность: 1:57 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео