"Lombardlar"da faiz tələsi

218 Просмотров

Добавлено: 07.03.2016
Категории: Разное
Тэги: Lombard , faiz

"Lombard'a ümumi dəyəri 2500 manata yaxın olan qızıl-zinət əşyası qoyub pul götürən müştəri başına iş açıb. Əvvəlcə ona aylıq faiz dərəcəsinin 5 olduğunu deyiblər. Hətta ''lombard'' la müştəri arasında müqavilə də imzalanıb. Sonradan "lombard'' əməkdaşları bunun 6, daha sonra isə 9 faiz olduğunu deyiblər. Müştərinin xəbəri olmadan müqavilə dəyişdirilə bilərmi? Əməkdaşlarımız məsələni ekspertlərlə araşdırıblar. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Daşqın Şükürovun götürdüyü məbləğ əslində girov qoyduğu qızıl saat və üzüyün dəyərindən qat-qat aşağı olub. Çünki qızıl son 10 ildə nəinki dəyərindən düşüb, əksinə xeyli bahalaşıb. Əslində bu lombard ilə vətəndaş arasındakı problemin bir tərəfidir. Əsas problem isə aylıq ödənişin faiz dərəcəsindədir.