Türk futbolçu Çində tarixə düşdü

354 Просмотров

Добавлено: 07.03.2016
Категории: Спорт
Тэги: futbolcu , futbol

Məşhur futbolçuların axın etdiyi Çin Super Liqasında yeni mövsümə start verilib. Anspress-in məlumatına görə, mövsümün açılış matçında "Hebei China Fortune" ilə "Quanjou" komandaları üz-üzə gəliblər. "Beşiktaş"dan birincilərə transfer olunan Ersan Gülüm elə meydana çıxdığı ilk matçdaca tarixə düşüb. Belə ki, o, 2016-2017 mövsümünün ilk qoluna imza atıb. Ersan topu öz qapısına göndərib. Ancaq Türkiyə millisinin üzvü ikinci qolu da vurmağı bacarıb. Bu dəfə türkiyəli oyunçu qapıların yerini səhv salmayıb və hesabda tarazlıq yaradıb - 1:1.