İlk dəfə məğlub oldu, 1 milyon dollar qazandı

528 Просмотров

Добавлено: 07.03.2016
Категории: Спорт
Тэги: məğlub oldu , dollar

Konor Makqreqor UFC-nin rekord qonorarını - 1 milyon dollar qazanıb. Maraqlıdır ki, o bu məbləği uduzduğuna görə əldə edib. Üstəlik, bu, Konorun ilk məğlubiyyəti idi. Milli.Az TASS-a istinadən bildirir ki, irlandın qonorarı təşkilatın tarixində ən böyük olub. Konordan öncə belə nəticəyə braziliyalı Anderson Silva nail olmuş, 2015-ci ildə 800 min dollar qazanmışdı. Las-Veqasda (ABŞ, Nevada ştatı) UFC yarımorta çəki titulu üzrə keçirilən döyüşdə Konor Makqreqor amerikalı Neyt Diasa ikinci raundda boğucu fəndlə uduzub. Makqreqor döyüş ərzində üstün olub. Lakin ikinci raundda xeyli yorulub. Parterdən çıxa bilməyən Konnor amerikalının tətbiq etdiyi fənddən sonra təslim olub. Nevada ştatının Atletika komissiyasının verdiyi məlumata görə, Makqreqor pullu canlı yayım, sponsor xərcləri və bonuslara görə çıxılan məbləğ nəzərə alınmasa 1 milyon dollar alacaq. Qalibin - Neyt Diasın qonorarı isə cəmi-cümlətanı 500 min dollar olacaq. Bunadək Makqreqor yarımyüngül çəkidə UFC çempionu idi, dünənki döyüş isə onun yarımorta çəkidə debütü idi. 27 yaşlı irlandın 19 qələbəsi (17-si nokautla), 3 məğlubiyyəti, 30 yaşlı Diasın isə 19 qələbəsi (5-i nokautla), 10 məğlubiyyəti var.