Corc Kluni karyerasını başa vurur

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Corc Kluni aktyorluq karyerasını başa vurmaq niyyətindədir.

Milli.Az bildirir ki, 54 yaşlı amerikalı aktyor BBC-yə verdiyi müsahibəsində belə deyib.

"Yaşım artdıqca məni razı salacaq rolu seçməyə çətinlik çəkirəm. Kamera qəddardır və hətta köhnə tanışlarınada heç bir güzəştə getmir. Başa düşürsünüzmü, həyatım boyu kinoya çəkilə bilmərəm. Müəyyən anda anlayırsan ki, kameranın o tərəfində durmaq, yəni rejissorluqla məşğul olmaq daha maraqlıdır, şəndir. Bax, rejissorluqla sonsuzadək məşğul olmaq mümkündür. Məni prodüserlik də maraqlandırır", - C.Kluni deyib.

Kluninin sözlərinə görə, yaxın vaxtlarda müxtəlif ölkələrdəki silahlı münaqişələr barədə filmlərlə məşğul olmaq niyyətindədir.

Milli.Az

Длительность: 1:30 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: aktyor karyera
Пожаловаться

Похожие видео