Gəncə və Samuxda silsilə oğurluq törədənlər Şəmkirdə saxlanıldılar

Şəmkir polisi silsilə oğurluqlar törədən iki nəfər Gəncə sakinini saxlayıb. Həmin şəxslər yaşadıqları Gəncə şəhəri də daxil olmaqla Şəmkir və Samux rayonları ərazisində ümumilikdə 40-dan çox oğurluq törədiblər. Onlar əsasən yük avtomobillərinin akkumulyatorlarına və subartezian quyularının kabellərinə, eləcə də fərdi təsərrüfatlarda ev quşlarına qənim kəsiliblər.

Gəncə sakinləri 31 yaşlı Nizami Zeynalov və 28 yaşlı Həsən Oktyabrskiy son bir neçə ay ərzində təkcə Şəmkir rayonu ərazisində arda-arda bir neçə oğurluq törədiblər. Əvvəlcə müxtəlif şəxslərə məxsus fərdi təsərrüfatlarda ev quşlarını oğurlayan həmin şəxslər sonradan subartezian quyularının kabellərini talayaraq Gəncə şəhərində satıblar. Sonuncu dəfə isə onlar Şəmkir sakini Azad Hüseynova məxsus "Kamaz" markalı yük avtomobilinin 2 ədəd akkumulyatorunu oğurluq yolu ilə ələ keçiriblər.

Длительность: 2:01 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео