Evlərini sel aparan sakinlər

Qusarın Çiləgir kənd sakini Məhsim Həsənov güclü leysanın yaratdığı seldən zərər çəkən sakinlərdən biridir. Sel ona məxsus iki mərtəbəli yaşayış evini yararsız vəziyyətə salıb. Ev qəzalı vəziyyətdə olduğundan Həsənovlar ailəsi qonşunun evində yaşamağa məcburdur. Məhsim Həsənov bildirir, bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin və Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirsə də, hələ ki, heç bir yardım edilməyib.

RTV (Region TV) xəbər verir ki, 2015-ci ilin sentyabrın ayında güclü leysan nəticəsində yaranan sel Qusar rayonunda 40-a yaxın evə ciddi ziyan vurub. 4 yaşayış sahəsi tamamilə çöküb. Qusar rayon fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov bildirdi ki, ziyan dəyən evlərə baxış keçirilib. Yaşayış evlərinin heç biri sığortalanmadığından vətəndaşlara maddi yardım edilməyib. Amma müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Yalnız Nazirlər Kabinetini vəsait ayrılması barədə qərar verərsə, sakinlər üçün evlər tikilə bilər.

Milli.Az

Длительность: 1:57 Просмотров: 2.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: ev sel sakinlər
Пожаловаться

Похожие видео