Analoq yayımla müqayisədə rəqəmsal texnologiyanın üstünlükləri

285 Просмотров

Добавлено: 07.03.2016
Категории: Разное

Texnologiyanın inkişafı bütün sferalarda olduğu kimi, radio-televiziya sahəsinə də öz müsbət təsirini göstərir. Artıq televiziyanın ənənəvi analoq yayımı öz yerini rəqəmsal yayıma verməklə tarixə köçməkdədir. Əlbəttə ki, qəbul olunan və geniş yayılan hər bir yenilikdə olduğu kimi, bu tərəqqinin də öz müsbət tərəfləri var. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, artıq dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti analoq yayımla vidalaşıb. Səbəb, yeni yayım formatının meydana gəlməsindən sonra ənənəvi yayımın mənfi cəhətlərinin özünü daha aydın göstərməsidir. Analoq yayımda bir tezlikdə yalnız bir tv kanalının yayımı mümkündür. Görüntünün keyfiyyəti aşağı, siqnallar isə zəif olur. Yeni DVB-T formatında, yəni rəqəmsal yayımda isə təsvir və səs siqnallarının ötürülmə və qəbul edilmə keyfiyyəti yüksəkdir.