Dəyişikliklər sürücülərin ürəyincə olacaq

968 Просмотров

Добавлено: 07.03.2016
Категории: Разное

İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər martın 1-dən qüvvəyə mindi. Bu dəyişikliklər yol hərəkəti ilə bağlı nizam-intizam qaydalarının möhkəmləndirilməsi və sürücülərin, bəzən isə həm də yol polisi əməkdaşlarının məsuliyyət hissinin artırılmasına yönəlib. Məsələn, bəzən sürücülərin törətdiyi qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar ünvana göndərilsə də, elektron sistemə vaxtında yerləşdirilmir. Bu isə sonradan sürücülərin haqlı narazılığına səbəb olurdu. İndi belə səhvə görə həmin protokolu tərtib edən polis cərimə ediləcək. Dəyişikliklərdən biri isə xüsusən paytaxt sürücülərinin qorxulu yuxusuna çevrilən evakuatorla bağlıdır. Bəzən elə olurdu ki, çox qısa müddətə maşından düşən sürücü qayıdarkən dəhşətli bir mənzərənin şahidi olurdu: onun maşınını evakuatora yükləyirlər. Təbii ki, bu zaman bəzən şirin dillər, bəzən hədə-qorxular, bəzən hətta yalvarışlar işə düşürdü. Qalanı isə evakuatorun, daha doğrusu yol polisinin insafına qalırdı. Maşını qaytara da bilərdi, qaytarmaya da... Amma indi daha yalvarmağa ehtiyac yoxdur. Əsas odur ki, sürücü özünü vaxtında çatdırsın. Daha ətraflı Kəpəz TV-nin (Region TV) əməkdaşı Bahadur Şakiroğlunun araşdırmasında tanış olaq...