Seçkidən çıxmış İranda baş verə biləcək dəyişikliklərin Azərbaycana nə kimi təsiri ola bilər?

Ötən həftə, demək olar ki, bütün dünya İranda parlamentə və ölkənin ali dini liderini seçən Ekspertlər Şurasına keçirilən seçkilərin nəticələrini müzakirə edirdi. Bu da təsüdifi deyil. Təxminən 80 milyonluq İranın gələcək siyasəti və regionda gedən proseslərə bu seçkinin nəticələrinin böyük təsiri ola bilər. Kəpəz TV (Region TV) xəbər verir ki, cənub qonşumuzun regionun güc mərkəzlərindən biri olduğunu, bu ölkədə milyonlarla soydaşımızın yaşadığını və ölkəmizin həyata keçirdiyi bəzi transmilli layihələrin iştirakçısı və ya potensial iştirakçısı ola biləcəyini nəzərə alaraq deyə bilərik ki, İran xalqının seçimi bizə də müəyyən qədər təsir göstərə bilər. Seçim artıq edilib. Nəticələr bəllidir. Bizə isə bu nəticələrdən çıxış edərək qonşumuzun gələcək davranış variantlarını proqnozlaşdırmaq və ən yaxşısına ümid etmək qalır. Həm qonşumuzun özü, həm də bizim üçün ən yaxşısına.

Длительность: 6:06 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: seçki dəyişiklik
Пожаловаться

Похожие видео