Gəncədə iki qardaş dostları ilə birlikdə mənzili qarət ediblər.

691 Просмотров

Добавлено: 07.03.2016
Категории: Разное

Gəncədə iki qardaş dostları ilə birlikdə mənzili qarət ediblər. Gəncədə usta bir müddət əvvəl təmir etdiyi mənzildən oğurluq edib. Bu işdə ustaya yaxın dostu olan iki qardaş köməklik göstərib. Ancaq onlar əldə etdikləri qəniməti bölə bilməyiblər. Polis həmin şəxsləri isti izlərlə ifşa edib. Kəpəz TV (RegionTV) xəbər verir ki,Gəncə şəhəri Məhsəti qəsəbəsində Nüsrət Hüseynova məxsus fərdi yaşayış evində oğurluq hadisəsi baş verib. Çağırılmamış qonaqlar mənzilə gizli yolla daxil olaraq oradan xalça və məişət əşyası oğurlayıblar. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Sərxan və Sərvan Zeynalov qardaşları və onların dostu Emin Kazımov saxlanılıb.