Gəncə və Şəmkirdə baş verən qəzalarda 3 nəfər yaralandı

Gəncədə yol qəzası baş verib. "VAZ 2107" markalı avtomobilin sürcüsü Vüqar Paşayev Nəriman Nərimanov prospekitindən Əziz Əliyev prospektinə dönərkən digər dönmə əməliyyatı edən 53 yaşlı Xaliq Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobili vurub.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza zamanı VAZ-da olan 44 yaşlı Qələm Bayramova və 40 yaşlı Mehriban Süleymanova yaralanıblar. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Qapalı beyin travması alan Qələm Bayramovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Xaliq Əliyev - "Mercedes"in sürücüsü: "50 metr qabaq dönmə işığını yandırdım ki, dönəm. Elə sürətlə gəlirdi ki, bəlkə də saatda 120 idi. Mənim maşınımı vurdu, qaldırıb çırpdı yerə. Onun maşınında bəlkə də 6-7 adam var idi. Toydan gəlirdilər, hamısı da içkili idi".
Mehman Hüseynov - həkim: "Avtoqəza ilə bağlı şöbəmizə 2 nəfər daxil olub. Onlardan birinin alın nahiyəsinin çapılmış yarası, sol gicgah nahiyəsinin böyük dəri altı hematoması var. İkinci xəstəmiz alt dodağın, üst dodağın çapılmış yaraları ilə daxil olub, müayinə olunub, yardım olunub, hal-hazırda şöbəmizdədir".

Şəmkirin Könüllü kəndində baş verən avtoqəzada da xəsarət alan var. 29 yaşlı Elşən Cəfərov "VAZ 21011" markalı avtomobillə dönmə əməlliyatı edərkən "Mercedes" markalı maşın onun avtomobilini vurub. "VAZ"-ın xəsarət alan sürücüsü Gəncə Şəhər Təcili Tibbi yardım xəstəxanasına aparılıb. Müayinə zamanı Elşən Cəfərova sağ diz və alın nahiyəsinin yumşaq toxumalarının əzniyi diaqnozu qoyulub.

Elşən Cəfərov - sürücü: "Sexdən öz yoluma çıxdım. Düz xətt var idi, çatmamış istədim rolu döndərəm, dönmə işığı yanlı idi. 5-6 metr aralanmışdım, elə tam dönmədim, arxa qapıdan vurdu. Məni fırlandı yolun soluna tulladı o da düşdü sağına".
Mehman Hüseynov - həkim: "Şəmkir istiqamətindən qohumlarının müşaiyəti ilə xəstə şöbəmizə daxil olub. Xəstə rentgen müayinə olunub, sümüklərində sınıq olmadığı üçün hal-hazırda müayinə davam etdirilir və şöbədə yerləşdirilib".

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Длительность: 2:11 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qəza yaralı
Пожаловаться

Похожие видео