Sürücülər bu xəbəri mütləq izləsin - Yeni sistemlər çaşqınlıq yaratdı

807 Просмотров

Добавлено: 05.03.2016
Категории: Разное

İ-patrul və gizli polis sisteminin işə düşməsi sürücülərdə müəyyən çaşqınlıq yaradır. Söhbət sırf sürət həddinin aşılması ilə bağlı cərimələrin təyinindən gedir. Belə ki, radarların qoyulduğu yerlərdən müəyyən məsafədə qanunun tələbi ilə xəbərdaredici nişanlar qoyulub. Gizli polis və i-partul sistemli avtomobillər isə hər yerdə ola bilər. Onda bu xəbərdaredici nişanlara ehtiyac varmı? Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, qanunda göstərilir ki, yaşayış məntəqələrində 50-150 metr məsafədə, magistrallarda isə 150-1000 metr məsafədə müvafiq xəbərdaredici nişan olmalıdir. Amma İ-patrul və gizli polis sistemlərinin tətbiqindən sonra sürücülər istənilən yerdə radara düşə bilər. Göründüyü ortada bir ziddiyyət var və sürücülərin narazılığına səbəb olur. Belə çıxır ki, İ-patrul və gizli polis sisteminin işə düşməsi və qanunvericiliklə tənzimlənməsi digər tələbi qüvvədən salır. Hüquqşünaslar yaranmış çaşqınlığı aradan qaldırmaq üçün xəbərdaredici nişanların yığışdırılmasını təklif edir. Belə olan halda isə sürücülər yol hərəkəti qaydalarına daha ciddi əməl edəcəklər və yol polisi və onlar arasında ziddiyyətli məqamlar aradan qalxacaq. Milli.Az