Krediti götürən deyil, zamin cəzalandırıldı - Diqqətli olun

Kredit borclarına görə zamin duran şəxslərin problemləri ilə bağlı dəfələrlə xəbər vermişik. Növbəti xəbərimizin qəhramanı da zamin durduğu üçün çətinə düşüb. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir. Məsələ burasındadır ki, borc sahibi və zaminə heç bir xəbərdarlıq edilmədən onun barəsində borcun ödənilməsi ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, İsmayıl Ömərov kredit götürən yaxın qohumuna zamin durub. Lakin bir müddət sonra borcun onun tərəfindən ödənilməsi ilə bağlı evinə məhkəmə qərarı gəlib. İsmayıl Ömərov deyir ki, ödənişin gecikməsi, işin məhkəməyə verilməsi ilə bağlı indiyədək ona nə bank tərəfindən nə də məhkəmə tərəfindən heç bir xəbərdarlıq edilməyib. Onun yalnız sonda məhkəma qərarı təqdim edilib.

Длительность: 2:21 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: kredit borc zamin
Пожаловаться

Похожие видео